UEFA-ya üzv ölkələrin hamısı DÇ-2030-u boykot etmək qərarını verib

30 İyul 2026 19:29
96
UEFA-ya üzv ölkələrin hamısı DÇ-2030-u boykot etmək qərarını verib

UEFA-nın bütün 55 üzv ölkəsi FİFA-nın turnirdəki paylarını özəl investorlara satmaq planlarına etiraz olaraq 2030-cu il dünya çempionatını boykot etmək qərarına gəlib.

İdman.Biz-in məlumatına görə, bu barədə UEFA-dakı mənbələr talkSPORT-un jurnalisti Ben Jacobs-a bildiriblər.

Daha əvvəl İnfantinonun şəxsən on milyonlarla funt sterlinq qazandıra biləcək satış planı hazırladığı və ABŞ prezidenti Donald Tramp administrasiyasına yaxın şəxslərlə danışıqların aparıldığı bildirilirdi. Bir neçə futbol təşkilatı və idman xadimi bu qərarı pisləyib və İnfantino FİFA üzv ölkələrinin hər birinə müqaviləni təsdiqlədikləri təqdirdə 40 milyon dollar maliyyə dəstəyi təklif edib.

İdman.Biz