“Çelsi” Lakruanın transferi üçün 61 milyon avro ödəyəcək

30 İyul 2026 17:45
101
“Çelsi” Lakruanın transferi üçün 61 milyon avro ödəyəcək

Fransa futbol millisinin və İngiltərənin “Kristal Pelas” komandasının müdafiəçisi Maksans Lakrua karyerasını “Çelsi”də davam etdirməyə yaxındır.

İdman.Biz “Football24”ə istinadən xəbər verir ki, London təmsilçisi 26 yaşlı futbolçunun transferi üçün “Kristal Pelas”la razılığa gəlib.

Transferin məbləği 61 milyon avro (118,2 milyon manat) təşkil edəcək. Lakruanın “Çelsi” ilə 2032-ci ilin yayına qədər nəzərdə tutulan altı illik müqavilə imzalayacağı bildirilir.

Müdafiəçi 2024-cü ildə Almaniyanın “Volfsburq” komandasından “Kristal Pelas”a keçib. O, London təmsilçisinin heyətində iki mövsüm ərzində 98 oyunda iştirak edib.

İdman.Biz