Luis Felipe karyerasını “Şəfa”da davam etdirəcək

30 İyul 2026 18:24
88
Luis Felipe karyerasını “Şəfa”da davam etdirəcək

Misli Premyer Liqasına vəsiqə qazanmış “Şəfa” hücumçu problemini həll edib.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Luis Felipe ilə anlaşıb.

Braziliyalı futbolçu ilə bir illik müqavilə imzalanıb.

25 yaşlı forvard son olaraq Albaniyada “Vora”nın formasını geyinib, ötən mövsüm elitada 28 oyunda 5 qol vurub.

Xatırladaq ki, Zaur Həşimovu iyunda baş məşqçi postuna gətirən “Şəfa” daha əvvəl 13 transfer edib. Məmməd Hüseynov (“Kəpəz”), Arsen Ağcabəyov (“Şamaxı”), Rauf Hüseynli (“Kəpəz”), Nicat Mehbalıyev (“Sabah”), Murad Musayev (“Qəbələ”), Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu (“Unirea Sloboziya”, Rumıniya), Musa Queli (“Tikves”, Şimali Makedoniya), Fərid Yusifli (“Turan Tovuz”), Maudo Jarjue (“Struqa”, Şimali Makedoniya), Treyvon Fuller (“Dila”, Gürcüstan), Bafode Dansoko (“Vintentur”, İsveçrə) və Kristofer Mamengi (“Priştina”, Kosovo) komandaya qoşulublar.

İdman.Biz