“Sumqayıt” futbol klubu heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.
İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 23 yaşlı hücumçu Kvinsi Huvanın transferini reallaşdırmağa yaxındır.
Son olaraq Niderlandın “Sparta” klubunun gənclər komandasında çıxış edən futbolçu hazırda “Sumqayıt”ın düşərgəsindədir. O, tibbi müayinədən uğurla keçəcəyi təqdirdə klubla müqavilə imzalayacaq.
Kvinsi Huva 2022-ci ildən Karib Niderlandına daxil olan Boneyr millisinin də formasını geyinir. Hücumçu yığmada keçirdiyi 8 oyunda 2 qola imza atıb.
Qeyd edək ki, “Sumqayıt” yeni mövsümə portuqaliyalı baş məşqçi Felipe Kandunun rəhbərliyi altında hazırlaşır. O, yay fasiləsində komandadan ayrılan Saşa İliçi əvəzləyib.
