UEFA Çempionlar Liqası: “Sabah” - “Orhus” matçının hakimləri məlum olub

30 İyul 2026 15:03
128
UEFA Çempionlar Liqası: “Sabah” - “Orhus” matçının hakimləri məlum olub

“Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Bakıda Danirmarka təmsilçisi “Orhus”a qarşı keçirəcəyi cavab oyununa hakim təyinatları açıqlanıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına həvalə edilib.

Görüşün baş hakimi Joau Pineyru olacaq. Ona yan xətt hakimləri Lusianu Mayya və Uqu Markeş kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fabiu Verissimo yerinə yetirəcək.

VAR hakimi Tyaqu Martinş, onun köməkçisi isə Andre Narsiso olacaq.

Məlumat üçün bildirək ki, Joau Pineyru ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilmiş son dünya çempionatında üç oyunu idarə edib.

Qeyd edək ki, “Sabah” və “Orhus” komandaları arasında ilk oyun avqustun 5-də Randers şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Cavab matçı isə avqustun 11-də Masazırdakı “Bank Respublika Arena”da olacaq və saat 20:00-da başlayacaq.

İdman.Biz