İngiltərənin “Fulhem” futbol klubu "Real"ın hücumçusu Qonsalo Qarsiyanın transferini rəsmiləşdirib.
İdman.Biz xəbər verir ki, Premyer Liqa təmsilçisi 22 yaşlı ispaniyalı forvardı 40 milyon avro (78 milyon AZN) qarşılığında transfer edib.
Müqaviləyə əlavə 2 milyon avro bonus da daxil edilib. Bununla yanaşı, Madrid klubu futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 30 faizini alacaq.
Qeyd edək ki, Qonsalo ötən mövsüm “Real”ın əsas komandasında bütün turnirlərdə 39 oyunda iştirak edib, səkkiz qol vurub və iki məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2030-cu ilədək nəzərdə tutulub.
15:33
İspaniyanın “Real” futbol komandasının hücumçusu Qonsalo Qarsiya karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
İdman.Biz COPE-yə istinadən xəbər verir ki, “Fulhem” Qonsalo Qarsiyanın transferi ilə bağlı “Real”la razılığa gəlib. London təmsilçisinin futbolçu üçün 70 milyon avro (136 milyon AZN) ödəyəcəyi bildirilir.
Qarsiyanın transferi “Fulhem”in baş məşqçisi Alvaro Arbeloanın əsas istəklərindən biri olub. İspaniyalı mütəxəssis daha əvvəl “Real” sistemində birlikdə çalışdığı hücumçunu yeni komandasına gətirməkdə maraqlı idi.
Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2030-cu ilədək nəzərdə tutulub.
