İtaliyanın “Yuventus” klubu Almaniya “Bayer”nin futbolçusu Kərim Alaybeqoviçin transferini yekunlaşdırıb.
İdman.Biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 18 yaşlı Bosniya və Herseqovina millisinin vingeri artıq Turin təmsilçisi ilə şəxsi müqavilə şərtləri üzrə razılığa gəlib.
Daha əvvəl “Sky Sport”un jurnalisti Patrik Berger “Yuventus”un “Bayer”lə də transferin şərtlərini razılaşdırdığını bildirib. Məlumata əsasən, Almaniya klubu bu keçiddən 33 milyon avro qazanacaq. Müqavilədə nəzərdə tutulan bonusların ödənilməsi halında transferin ümumi məbləği 40 milyon avroya çata bilər.
Qeyd edək ki, gənc vingerin xidmətində İngiltərənin “Çelsi” klubu da maraqlı olub.
