Bolqarıstanın “CSKA Sofiya” futbol klubunun və Bolqarıstan Futbol İttifaqının sabiq prezidenti Valentin Mihov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində bu gün Bakı vaxtı ilə saat 22:00-da “Qarabağ”la keçiriləcək cavab oyunundan danışıb.
İdman.Biz “Topsport”a istinadən xəbər verir ki, təcrübəli futbol funksioneri Sofiya təmsilçisinin uğurlu nəticə qazanacağına inandığını bildirib.
“Qarabağ” yaxşı komandadır. Məncə, “CSKA Sofiya” Bakıda onları üstələdi. Bu cür yaxşı oyunu davam etdirib ən azı bir və ya iki qol vurmalıyıq. Emosiyalar bizim düşmənimizdir. Xarakter göstərməliyik. Biz “CSKA Sofiya”yıq və rəqibdən qorxmuruq. Cümə axşamı futbolçularımız meydana çıxmalı, güzəştə getməməli və özlərinə inanmalıdırlar. Biz öz inamımızla “Qarabağ”ı üstələməliyik. Cümə axşamı mütləq qalib gəlməli olduğumuz gündür”, - deyə klubun sabiq prezidenti söyləyib.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüş qolsuz heç-heçə ilə başa çatıb.
