Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmayıb

30 İyul 2026 12:28
98
Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmayıb

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmayıb.

Bu barədə yığmanın baş məşqçisi Ayxan Abbasov məlumat verib.

Mütəxəssis hücumçu üçün Türkiyədən təkliflərin olduğunu, lakin danışıqların müsbət yekunlaşmadığını deyib.

“Renatın Türkiyədə bir-iki klub variantı var idi, danışıqlar gedirdi, amma təəssüf ki, alınmadı”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın “Motor” klubunda çıxış edib.

İdman.Biz