Eddi Hau “Nyukasl”dan ayrılır

30 İyul 2026 12:06
389
Eddi Hau “Nyukasl”dan ayrılır

İngiltərənin “Nyukasl” futbol klubunun baş məşqçisi Eddi Hau komandadan ayrılmağa hazırlaşır.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

48 yaşlı mütəxəssis 2021-ci ilin noyabrında İngiltərə komandasının baş məşqçisi təyin olunub.

İngiltərəli mütəxəssisin rəhbərliyi altında “Nyukasl” 2025-ci ildə Liqa Kubokunun qalibi olub. Bu, klubun 70 ildən sonra qazandığı ilk yerli titul olub.

Qeyd edək ki, “Nyukasl” iyulun 13-də mövsümöncəsi hazırlığa başlayandan Hau komandaya rəhbərlik edir.

İdman.Biz