Çempionlar Liqasında mübarizə aparacaq klub baş məşqçi ilə müqaviləni yeniləyib

30 İyul 2026 11:58
94
Çempionlar Liqasında mübarizə aparacaq klub baş məşqçi ilə müqaviləni yeniləyib

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Aznur” minifutbol komandası baş məşqçisi Rəcəb Fərəczadə ilə müqavilənin müddətini uzadıb.

O, daha bir mövsüm Bakı təmsilçisinə rəhbərlik edəcək.

Baş məşqçi bu mövsümdə yerli oyunçuları daha çox şans verəcəklərini qeyd edib. O, Mavritaniya millisinin üzvü Mohamed Baqayoko ilə bağlı hələlik rəsmi qərar vermədiklərini söyləyib.

“Bildiyiniz kimi, Baqayoko ötən il bizə qoşuldu. Avrokuboklarda komandaya kömək edə bilər. Lakin heyət seçiminə uyğun qərar verəcəyik”, - deyə Fərəczadə AZƏRTAC-a bildirib.

Qeyd edək ki, “Aznur” ötən mövsüm Azərbaycan çempionatının bürünc medallarını qazanıb.

İdman.Biz