Markus Reşford “Barselona” ilə vidalaşdı - FOTO

30 İyul 2026 17:39
112
Markus Reşford “Barselona” ilə vidalaşdı - FOTO

İngiltərə millisinin və “Mançester Yunayted” futbol komandasının hücumçusu Markus Reşford “Barselona” ilə vidalaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında paylaşım edib.

Hücumçu Kataloniya klubunda keçirdiyi dövrü müsbət və yaddaqalan təcrübə adlandırıb:

“Barselona”da keçirdiyim vaxtı belə müsbət və yaddaqalan edən hər kəsə çox minnətdaram. Hər anından zövq aldım və özümlə çoxlu xüsusi xatirələr aparacağam. Kluba və bütün azarkeşlərinə qarşıdakı mövsümdə uğurlar arzulayıram”.

Reşford 2025/2026 mövsümünü “Barselona”da icarə əsasında keçirib. O, bütün turnirlərdə 49 oyunda 14 qol vurub və 11 məhsuldar ötürmə edib.

İngiltərəli futbolçu Kataloniya təmsilçisi ilə La Liqanın və İspaniya Superkubokunun qalibi olub.

Qeyd edək ki, “Barselona” Reşfordun transfer hüququnu almaq imkanından istifadə etməyib. Futbolçunun müqaviləsi “Mançester Yunayted”ə məxsusdur.

İdman.Biz