Norveç millisi DÇ-2026-ya 300 kq balıq və aşpazlarla gedir - FOTO/VİDEO

10 İyun 2026 13:11
68
Norveç millisi DÇ-2026-ya 300 kq balıq və aşpazlarla gedir - FOTO/VİDEO

Norveç futbol millisi DÇ-2026-ya hazırlıq prosesində maraqlı addımı ilə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, Norveç yığması dünya çempionatı zamanı futbolçuların düzgün qidalanması üçün ABŞ-yə böyük həcmdə ərzaq aparacaq.

Məlumata görə, skandinaviyalılar mundial üçün 300 kq qırmızı balıq, 116 kq ölkənin ənənəvi brunost pendiri və 6000 portağal sifariş ediblər. Bu məhsullar oyunçuların gündəlik menyusunda istifadə olunacaq.

Norveç millisinin yeməklərini ölkənin tanınmış aşpazları hazırlayacaq. Aron Espeland, Eirik Tufte və Christian Karlsson turnir ərzində komandanın qidalanmasına cavabdeh olacaqlar.

Aşpazlar 60-dan çox şəxs üçün gündə dörd dəfə yemək hazırlayacaqlar. Menyuda balıq, toyuq, makaron, düyü, kartof, həmçinin futbolçuların öyrəşdiyi yüngül və tanış yeməklər yer alacaq.

Norveç millisinin bu addımı futbolçuların həm fiziki hazırlığını, həm də psixoloji rahatlığını qorumaq məqsədi daşıyır. Komanda dünya çempionatı zamanı ABŞ-nin Şimali Karolina ştatının Qrinsboro şəhərində məskunlaşacaq.

İdman.Biz