Fransa Superkuboku uğrunda “Pari Sen-Jermen” və “Marsel” arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, komandalar Küveytin “Caber Əl Əhməd” stadionunda oynayıblar. PSJ matçı penaltilərdə (4:1) qazanıb (əsas vaxt 2:2).
PSJ-nin hücumçusu Usman Dembele matçın ilk qolunu 13-cü dəqiqədə vurub, Meyson Qrinvud isə 76-cı dəqiqədə penalti ilə hesabı bərabərləşdirib. 87-ci dəqiqədə parislilərin müdafiəçisi Uilyam Paço öz qapısına qol vurub, 90+5-ci dəqiqədə isə PSJ-nin hücumçusu Qonsalo Ramos hesabı bərabərləşdirib.
Penaltilər seriyasında qapıçı Lukas Şevalye ardıcıl iki zərbəni dəf edərək komandasına qələbəni təmin edib.
