Futbol üzrə DÇ-2026-da qrup mərhələsinin son oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, azarkeşləri daha altı oyun gözləyir. Üçüncü turda J, K və L qruplarında həlledici matçlar baş tutacaq.
L qrupunda Panama İngiltərə ilə, Xorvatiya isə Qana ilə üz-üzə gələcək. Bu matçlar qrupdakı yekun sıralama və pley-off şansları baxımından böyük önəm daşıyır.
K qrupunda Kolumbiya - Portuqaliya görüşü turun əsas oyunlarından biri olacaq. Paralel matçda DR Konqo Özbəkistanla qarşılaşacaq.
J qrupunda isə Argentina İordaniya ilə, Əlcəzair Avstriya ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu oyunlardan sonra qrup mərhələsinin bütün iştirakçıları pley-offdakı taleyini biləcək.
DÇ-2026, qrup mərhələsi, üçüncü tur
28 iyun
01:00 Panama - İngiltərə
01:00 Xorvatiya - Qana
03:30 Kolumbiya - Portuqaliya
03:30 DR Konqo - Özbəkistan
06:00 İordaniya - Argentina
06:00 Əlcəzair - Avstriya
Qeyd edək ki, oyunların başlama saatları Bakı vaxtı ilə göstərilib.
