DÇ-2026: Kabo-Verde tarix yazaraq pley-offa vəsiqə qazandı

27 İyun 2026 06:20
132
DÇ-2026: Kabo-Verde tarix yazaraq pley-offa vəsiqə qazandı

Kabo-Verde futbol millisi 2026-cı il dünya çempionatının pley-off mərhələsinə yüksəlib.

İdman.Biz xəbər verir ki, H qrupunun üçüncü turunda Kabo-Verde Səudiyyə Ərəbistanı ilə qarşılaşıb. Hyustondakı “NRG Stadium”da keçirilən görüş qolsuz bərabərliklə başa çatıb - 0:0.

Komandalar 90 dəqiqə ərzində fərqlənə bilməyiblər. Bu nəticədən sonra Səudiyyə Ərəbistanı bir xalla qrupu sonuncu pillədə başa vuraraq mundialla vidalaşıb.

Kabo-Verde isə üç xalla ikinci yeri tutub və pley-offa vəsiqə qazanıb. H qrupunda birinci yeri yeddi xalla İspaniya, üçüncü yeri isə iki xalla Uruqvay tutub.

Kabo-Verde pley-offda J qrupunun qalibi Argentina ilə qarşılaşacaq.

İdman.Biz