Dembele Jüst Fontenin nailiyyətini təkrarlayıb

27 İyun 2026 01:45
87
Dembele Jüst Fontenin nailiyyətini təkrarlayıb

Fransa millisinin hücumçusu Usman Dembele DÇ-2026 I qrupunun matçında Norveçlə oyunda het-trik edib.

İdman.Biz bildirir ki, matç 4:1 hesabı ilə Fransanın xeyrinə bitib.

Beləliklə, o, dünya çempionatı matçlarında Fransa millisində hərəyə üç qol vuran Jüst Fonten və Kilian Mbappénin nailiyyətini təkrarlayıb.

1958-ci ildə Jüst Fonten Paraqvayın qapısından üç, Almaniyanın qapısından isə dörd qol keçirib. Mbappe 2022-ci ildə Argentina ilə oyunda het-trik edib.

İdman.Biz