PSJ ötən mövsüm üçün rekord gəlir əldə etdiyini açıqlayıb

28 Oktyabr 2025 21:58
167
PSJ ötən mövsüm üçün rekord gəlir əldə etdiyini açıqlayıb

PSJ ötən mövsüm 837 milyon avroluq rekord gəlir əldə edib.

Bu barədə İdman.Biz Fransa komandasının mətbuat xidmətinə istinadən məlumat verir.

Liqa 1 klubu kommersiya gəlirindən 367 milyon avro, oyunlardan isə 175 milyon avro qazanıb.

2024/25 mövsümü PSJ üçün tarixi bir mövsüm olub: klub ilk Çempionlar Liqası titulunu, eləcə də Liqa 1, Fransa Kuboku, Fransa Superkuboku və UEFA Superkubokunu qazanıb. Komanda yalnız FIFA Klublararası dünya çempionatının finalında məğlub olub.

2011-ci ildə klub Qatar Sports Investments şirkətinin idarəçiliyinə keçib.

İdman.Biz