“Lion” Avropa Liqasında üçüncü qələbəsinə imza atıb - VİDEO

Xəbərlər
23 Oktyabr 2025 23:04
39
“Lion” Avropa Liqasında üçüncü qələbəsinə imza atıb - VİDEO

Avropa Liqasının üçüncü turunda “Lion” “Bazel”la qarşılaşıb.

İdman.Biz bildirir ki, oyun 2:0 hesabı ilə Fransa klubunun xeyrinə başa çatıb.

“Lion”un yarımmüdafiəçisi Korentin Tolisso 3-cü dəqiqədə hesabı açıb. 90-cı dəqiqədə Fransa klubunun hücumçusu Afonso Moreyra fərqi artırıb.

Bu qələbə “Lion”un yarışda ardıcıl üçüncü qalibiyyəti olub.

Avropa Liqasının növbəti turunda “Lion” “Betis”lə, “Bazel” isə Rumıniyanın FCSB komandası ilə qarşılaşacaq. Qarşılaşmalar noyabrın 6-da baş tutacaq.

İdman.Biz