Vinisius Mərakeşlə heç-heçədən sonra Braziliya millisini tənqid etdi

14 İyun 2026 10:29
94
Vinisius Mərakeşlə heç-heçədən sonra Braziliya millisini tənqid etdi

Braziliya millisinin hücumçusu Vinisius Junior 2026-cı il dünya çempionatında Mərakeşə qarşı keçirilən ilk oyunda komandasının çıxışından narazı qalıb.

İdman.Biz xəbər verir ki, 1:1 hesablı heç-heçədən sonra futbolçu braziliyalıların ilk hissədə zəif oynadıqlarını bildirib.

“İlk hissədə çox pis oynadıq. Buraxdığımız qol işimizi ciddi şəkildə çətinləşdirdi. Böyük turnirlərdə ilk oyunlar həmişə asan keçmir.

Oyundan-oyuna daha yaxşı çıxış etməli və inkişaf etməliyik. Dünya çempionatı yeni başlayır. Burada asan qarşılaşma yoxdur”, - deyə Vinisius oyundan sonra verdiyi qısa müsahibədə bildirib.

Qeyd edək ki, Mərakeş millisi 21-ci dəqiqədə İsmayıl Saybarinin qolu ilə hesabı açıb. Lakin 11 dəqiqə sonra Vinisius Junior tarazlığı bərpa edərək matçın yekun nəticəsini müəyyənləşdirib - 1:1.

Birinci turdan sonra Braziliya və Mərakeş C qrupunda hərəyə bir xal toplayıblar. Bu qrupa Haiti üzərində 1:0-lıq qələbədən sonra Şotlandiya millisi başlıq edir.

İdman.Biz