Braziliya millisi 2026-cı il dünya çempionatına qələbə ilə başlaya bilməyib.
İdman.Biz xəbər verir ki, C qrupunun ilk turunda Mərakeşlə qarşılaşan beşqat dünya çempionu 1:1 hesablı heç-heçə edib.
ABŞ-ın İst-Raterford şəhərində yerləşən MetLife Stadionunda keçirilən oyunda hesabı mərakeşlilər açıblar. Matçın 21-ci dəqiqəsində İsmail Saybari fürsətdən maksimum yararlanaraq topu Alissonun üzərindən qapıya göndərib və komandasını önə çıxarıb.
Braziliya fasiləyə qədər tarazlığı bərpa etməyi bacarıb. 32-ci dəqiqədə Vinisius Junior fərqlənərək hesabı bərabərləşdirib.
İkinci hissədə hər iki komandanın qələbə qazanmaq üçün imkanları olsa da, görüşdə başqa qol vurulmayıb və tərəflər hərəyə bir xalla kifayətləniblər.
Qrupun ikinci turunda Braziliya Haiti ilə, Mərakeş isə Şotlandiya ilə qarşılaşacaq. Hər iki oyun iyunun 20-də keçiriləcək.
03:10
Futbol üzrə dünya çempionatında C qrupunda Braziliya və Mərakeş yığmalarının oyununda ikinci hissə başlayıb.
İdman.Biz bildirir ki, oyunun ilk hissəsi 1:1 hesabı ilə başa çatıb.
02:55
Braziliya-Mərakeş matçında ilk hissə başa çatıb.
İdman.Biz bildirir ki, birinci yarıdan sonra hesab 1:1-dir.
Hesabı 21-ci dəqiqədə mərakeşli İsmail Saybari açıb. 32-ci dəqiqədə Vinisius Junior hesabı bərabərləşdirib.
Komandalar ABŞ-ın İst-Raterford şəhərindəki “MetLife” stadionunda oynayırlar.
C qrupunda Braziliya və Mərakeşdən başqa Haiti və Şotlandiya da var.
