Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Mərakeşlə keçirilən oyunu şərh edib.
İdman.Biz “Globo”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis 1:1 hesabı ilə yekunlaşan qarşılaşmada komandasının xüsusilə ilk hissədə yaxşı təsir bağışlamadığını bildirib.
“Birinci hissədə komanda pis oynadı, ikinci hissədə isə daha yaxşı təsir bağışladı. İmkanlarımız oldu. Daha da inkişaf etməliyik”, - deyə Ançelotti vurğulayıb.
Qeyd edək ki, C qrupunun matçında hesabı 21-ci dəqiqədə Mərakeş millisinin futbolçusu İsmayıl Saybari açıb. Vinisius Junior 32-ci dəqiqədə tarazlığı bərpa edib.
View this post on Instagram
