Montelladan 30 zərbəlik məğlubiyyət etirafı: “Hər şeyi sınadıq”

14 İyun 2026 10:53
113
Montelladan 30 zərbəlik məğlubiyyət etirafı: “Hər şeyi sınadıq”

Türkiyə futbol millisinin baş məşqçisi Vinçentso Montella 2026-cı il dünya çempionatının D qrupunda Avstraliyaya qarşı keçirdikləri oyundan sonra açıqlama verib.

İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis 0:2 hesablı məğlubiyyətdən sonra tənqidləri qəbul etməli olduqlarını bildirib.

Montella matçın taktiki baxımdan gözlədikləri ssenari üzrə keçdiyini söyləyib:

“Matç taktiki baxımdan gözləntilərimizdən fərqli keçmədi. Rəqibin müdafiədə sıx yerləşərək gözləyəcəyini bilirdik. Onlar əks-hücumlardan da istifadə etdilər. İki qol buraxdıq və buna görə çox üzgünük”.

Baş məşqçi komandasının hücumda ritm tapmaqda çətinlik çəkdiyini etiraf edib:

“Davamlı oyun təcrübəsi olmayanda matç ritmində tam gücünüzü göstərə bilmirsiniz. Hər şeyi sınadıq, amma qol vura bilmədik. Vura bilsəydik, oyun tamamilə fərqli nəticələnə bilərdi”.

Montella Türkiyə millisinin rəqib qapısına 30 zərbə endirdiyini də xatırladıb:

“30 zərbəmiz var. Şans sizin tərəfinizdə olmayanda məğlub olursunuz. Qol vurmağa çox yaxın idik, amma onların müdafiəsini keçə bilmədik. Avstraliya futbolçuları çox hündürboyludurlar. Belə rəqibə qarşı mübarizə aparmaq asan deyil. Avstraliyanı təbrik edirəm, çox yaxşı oynadılar. Mübarizə davam edir və hələ şansımız var”.

İtaliyalı mütəxəssis məğlubiyyətdən sonra səsləndiriləcək tənqidlərin təbii olduğunu vurğulayıb:

“Məğlub olanda bütün tənqidləri, hətta ədalətli olmasa belə, qəbul etməlisiniz”.

Montella futbolçu seçimlərinə də aydınlıq gətirib. O, Kerem Aktürkoğlunun sona qədər mübarizə apardığını bildirib:

“Kerem Aktürkoğlu meydanda bütün ruhunu ortaya qoydu və sonadək mübarizə apardı. Can Uzun hücumçunun arxasında oynayır. Arda Güleri sona qədər meydanda saxlamaq istədim. Kenan Yıldız isə sol cinahda çıxış etdi. Lazımi boşluqları tapa bilmədik. Qarşıda başqa matçlarımız da var və müvafiq dəyərləndirmələr aparılacaq”.

Türkiyə millisinin baş məşqçisi növbəti görüşlərdə daha yaxşı nəticə qazanacaqlarına inandığını söyləyib:

“Komanda ruhunu meydanda göstərə bildik və ürəklə oynadıq. Belə davam etsək, istədiyimiz nəticələri qazanmağa başlayacağıq. Növbəti matçda daha yaxşı çıxış edəcəyik”.

İdman.Biz