Avstraliya millisinin yarımmüdafiəçisi Nestori İrankunda 2026-cı il dünya çempionatında Türkiyəyə qarşı keçirilən oyunun ən yaxşı futbolçusu seçilib.
İdman.Biz xəbər verir ki, 20 yaşlı futbolçu D qrupunun birinci tur matçındakı çıxışı ilə bu mükafata layiq görülüb.
İrankunda qarşılaşmanın 27-ci dəqiqəsində Pol Okon-Enqstlerin ötürməsindən sonra dəqiq zərbə ilə hesabı açıb.
Avstraliya millisi Türkiyə yığmasını 2:0 hesabı ilə məğlub edib. Komandanın digər qolunu Konnor Metkalf vurub.
