Kürasao futbol millisi 2026-cı il Dünya Çempionatı ərəfəsində növbəti dəfə sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib.
İdman.Biz xəbər verir ki, tarixində ilk dəfə mundialda iştirak edəcək komandanın turnir müddətində istifadə edəcəyi avtobus azarkeşlərin diqqətini çəkib. Avtobusun görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və minlərlə şərh yazılıb.
Qeyd edək ki, Kürasao 2026-cı il Dünya Çempionatına vəsiqə qazanmaqla tarix yazıb. Ada ölkəsi mundialda iştirak edəcək ən kiçik ölkə kimi də turnir tarixinə düşüb.
Dik Advokatın rəhbərlik etdiyi komanda Almaniya, Ekvador və Kot-d’İvuarla eyni qrupda mübarizə aparacaq.
