İkiqat Olimpiya çempionunun idmançımızdan istəyi - VİDEO

Xəbərlər
25 Fevral 2024 11:17
1 248
İkiqat Olimpiya çempionunun idmançımızdan istəyi - VİDEO

"Ağır çəkili idmançılar arasında 2 dəfə Olimpiya çempionu olan Laşa Talakhadze məni çox yaxşı tanıyır".

Bunu "İdman Bizdə" verilişinin qonağı olan Azərbaycan millisinin ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (109 kq) deyib.

Bolqarıstanda keçirilən son Avropa çempionatının qalibi çəkisini dəyişəcək. Dadaşbəyli gürcüstanlı əfsanəvi ağırlıqqaldıran Laşa Talakhadzenin onu +109 kq-da çəkidə görmək istədiyindən bildirib: "O həmişə mənə deyir ki, ağır çəkiyə gəlmək vaxtıdır, zamanıdır. Son yarışda da dedi ki, gecikirsən. Boyum hündür olduğu üçün ağır çəkiyə keçmək məndə alınar. Artıq çalışırıq, öz istəyim də var. Tək hədəfim Olimpiya oyunları deyil, xalqımıza, millətimizə faydalı idmançı olmaq istəyirəm. Ağır çəkidə də xeyli yarışlarda iştirak edəcəm".

27 yaşlı atlet Tailandda keçiriləcək Dünya kubokunda +109 kq-da çıxış edəcəyini də deyib: "Dünya kuboku lisenziya xarakterli son yarışdır. Bütün güclülər orda olacaq. Hamı elə bilir ki, Dadaş orda 109 kq-da çıxış edəcək. Mən o yarışda ağır çəkidə körpücük üzərinə çıxacam, final qrupunda da yarışmaq istəmirəm. Hədəflər tamam fərqlidir. Artıq qidalanmanı gücləndirmişəm. Çəkimi artırmaqla məşqulam".

Qeyd edək ki, dünya kuboku martın 31-dən aprelin 11-ə qədər davam edəcək.

Emin Ağa
İdman.biz