Azərbaycan Ağırlıqqaldırma Federasiyasında keçirilən iclasda milli komandaların hazırlıq prosesi, qarşıdakı yarışların təşkili və nizam-intizam məsələləri müzakirə olunub.
İdman.Biz xəbər verir ki, iclasda ilk olaraq 2026-cı ilin iyun ayında təşkil olunacaq “Məktəblilərin Respublika İdman Olimpiadası”na hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verilib.
Daha sonra cari ilin iyul ayında keçiriləcək Gənclər və Yeniyetmələr arasında Azərbaycan Birinciliyinin təşkili ilə bağlı gündəlikdə dayanan məsələlər diqqətə çatdırılıb. Toplantı zamanı yenilənmiş Texniki və Yarış Qaydaları müzakirə edilib. İclas zamanı federasiya və yığma komandalar daxilində nizam-intizam məsələləri ilə bağlı konkret tapşırıqlar verilib.
Bununla yanaşı AAF tərəfindən paytaxt və bölgələrdə fəaliyyət göstərən mərkəzlərin ştanq avadanlıqları ilə təminatı məsələsinə toxunulub.
