Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma yarışlarına start verilib.
İdman.Biz xəbər verir ki, Şüvəlan Ağırlıqqaldırma Akademiyasında keçirilən yarışda ilk olaraq qızlar mübarizəyə qoşulublar.
Qızların yarışında qızıl medalı Qazax təmsilçisi Hənifə Məhərrəmli qazanıb. O, toplamda 160 kq nəticə göstərib. İdmançı birdən qaldırmada 73 kq, təkanla qaldırmada isə 87 kq-ın öhdəsindən gəlib.
Gəncə idmançısı Zeynəb Həsənova 134 kq nəticə ilə ikinci olub. O, birdən qaldırmada 63 kq, təkanla qaldırmada 71 kq nəticə göstərib.
İlk üçlüyü Bakı təmsilçisi Zeynəb Bəkirli tamamlayıb. Paytaxt idmançısı iki hərəkətin cəmində 116 kq ağırlığı ram edib - 53 kq + 63 kq.
Qeyd edək ki, iştirakçıların nəticələri Sinkler cədvəli üzrə hesablanıb. Ağırlıqqaldırma yarışlarında 100-dən artıq atlet üç gün ərzində qalib və mükafatçıları müəyyənləşdirəcək.
