Zülfüqar Süleymanov ağırlıqqaldırma üzrə Avropa birincisi oldu

29 İyun 2026 21:49
71
Zülfüqar Süleymanov ağırlıqqaldırma üzrə Avropa birincisi oldu

Belçikanın Varegem şəhərində ustalar arasında keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında idmançımız Zülfüqar Süleymanov (71 kq, M-40) birdən qaldırma hərəkətində 109 kq, təkanla qaldırmada 135 kq nəticə göstərib.

İdman.Biz bildirir ki, o, iki hərəkətin cəmində topladığı 244 kq nəticə ilə Avropa çempionu olub. İdmançımız eyni zamanda birdən qaldırma hərəkətində 109 kq nəticə ilə şəxsi rekordunu da yeniləyib.

Digər təmsilçimiz Səddar Quliyev (79 kq, M-75) isə birdən qaldırmada 52 kq, təkanla qaldırmada 65 kq nəticə göstərərək iki hərəkətin cəmində gümüş medal qazanıb.

İdman.Biz