AAF-dan gənc ağırlıqqaldıranlara yeni dəstək - FOTO

11 İyun 2026 12:14
129
AAF-dan gənc ağırlıqqaldıranlara yeni dəstək - FOTO

Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) tərəfindən federasiyaya müraciət edən idman məktəbləri və klublar bölgü əsasında ştanq dəsti avadanlıqları ilə təmin olunur.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.

Bildirilir ki, daha iki məktəb avadanlıqla təmin olunub.

Avadanlıqlar “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və “Təhsil” Respublika İdman Mərkəzinin Bakıda yerləşən 5 nömrəli ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinə təhvil verilib.

İdman.Biz