Bölgələrdə ağırlıqqaldırma üçün yeni imkanlar yaradılır

21 May 2026 15:25
115
Bölgələrdə ağırlıqqaldırma üçün yeni imkanlar yaradılır

Azərbaycan Ağırlıqqaldırma Federasiyası idman məktəbləri və klubların avadanlıqla təminatı istiqamətində işləri davam etdirir.

İdman.Biz xəbər verir ki, AAF-a müraciət edən idman məktəbləri və klublar bölgü əsasında ştanq dəsti avadanlıqları ilə təmin olunur.

Artıq bölgələrdə yerləşən klub və məktəblərə avadanlıqların verilməsi yekunlaşıb. Həmin mərkəzlərdə təhvil verilən avadanlıqlarla məşqlər davam etdirilir.

Gənclər və İdman Nazirliyinin Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayon Uşaq-Gənclər İdman Məktəbi, həmçinin şəhid Ümüd Qasımzadə adına Ağır Atletika İdman Klubu ictimai birliyində hazırlıq prosesi təşkil olunub.

Yaxın günlərdə Bakı və Sumqayıtda yerləşən məktəblərin də avadanlıqla təminatı reallaşdırılacaq.

İdman.Biz