Məktəblilər arasında ağırlıqqaldırmada 2 çəki dərəcəsində qaliblər müəyyənləşib

22 İyun 2026 23:04
120
Məktəblilər arasında ağırlıqqaldırmada 2 çəki dərəcəsində qaliblər müəyyənləşib

Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma növü üzrə daha 2 çəkidə qalib və mükafatçıların adlarına aydınlıq gəlib.

İdman.Biz bildirir ki, daha öncə qızların yarışında qızıl medalı Qazax təmsilçisi Hənifə Məhərrəmli qazanmışdı.

Fərqlənmiş idmançılara mükafatları Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə, vitse-prezident Firdovsi Umudov, həmçinin ARGİN-in Olimpiya və Paralimpiya idman növləri sektorunun baş məsləhətçisi Yusif Hüseynov təqdim ediblər.

Nəticələr: 56 kq çəki dərəcəsi

1-ci yer: Sərdar Alməmmədov – toplamda 168 kq (76 kq + 92 kq)
2-ci yer: Mehdi Məmmədov – toplamda 158 kq (68 kq + 90 kq)
3-cü yer: İlham Əliyev - toplamda 155 kq (70 kq + 85 kq)

Nəticələr: 60 kq çəki dərəcəsi

1-ci yer: Məhəmməd Rüstımli – toplamda 198 kq (88 kq + 110 kq)
2-ci yer: Mirmöhsüm Tağızadə – toplamda 182 kq (84 kq + 98 kq)
3-cü yer: Amin Quluzadə - toplamda 158 kq (68 kq + 90 kq)

Qeyd edək ki, ağırlıqqaldırma yarışlarına sabah yekun vurulacaq. Son gün atletlər 4 çəki dərəcəsində mübarizə aparacaqlar.

İdman.Biz