Bakı üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
18 Dekabr 2023 12:54
153
Bakı üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, dekabrın 18-24-də paytaxtda müxtəlif növlər üzrə yarışlar keçiriləcək.

Sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ölkə çempionatı - 19-21 dekabr (Bakı İdman Sarayı);
MMA, pankration, qrapplinq və qrapplinq-gi üzrə ölkə kuboku - 22-24 dekabr (Hövsan Olimpiya İdman Kompleksi);
Tofiq Karayev mükafatı uğrunda atletika - üçnövçülük yarışı - 23 dekabr (Respublika Olimpiya Mərkəzi);
Həndbol üzrə kişilər və qadınlar arasında Azərbaycan birinciliyinin oyunları - 23-25 dekabr (Abu Arena);
"Kids Run" yarışı - 24 dekabr (Respublika Velotreki);
Taekvondo üzrə ölkə birinciliyi və çempionatı - 24-28 dekabr (Bakı İdman Sarayı).

İdman.biz

Məqalədə: