Bakıda keçiriləcək Avropa çempionatında 100-dən çox bilyardçı mübarizə aparacaq - FOTO

23 İyun 2026 16:05
101
Bakıda keçiriləcək Avropa çempionatında 100-dən çox bilyardçı mübarizə aparacaq

Bakıda təşkil olunacaq bilyardın “sərbəst piramida” növü üzrə Avropa çempionatında 10-dan çox ölkədən 100-dən çox idmançı iştirak edəcək.

Azərbaycan Bilyard Federasiyasının marketinq direktoru Mir Azad Əliyev bildirib ki, yarışın Bakı Olimpiya İdman Kompleksində keçiriləcəyini bildirib.

“Azərbaycanda ikinci dəfə təşkil olunacaq “sərbəst piramida” üzrə Avropa çempionatına maraq böyükdür. Turnirdə 50-dən çox azərbaycanlı idmançı da qüvvəsini sınayacaq. Xarici bilyardçılar yarışın başlamasına iki və ya üç gün qalmış paytaxta gələcəklər”, - deyə o, report.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, proqrama əsasən, iyulun 5-8-də 40 yaşdan yuxarı idmançılar arasında Avropa Kuboku keçiriləcək. İyulun 8-12-də isə “sərbəst piramida” üzrə Avropa çempionatı baş tutacaq. Bu növ üzrə turnir Azərbaycanda ikinci dəfədir keçirilir.

İdman.Biz