Beynəlxalq Olimpiya Günü münasibətilə Bakı Gənclər Mərkəzində “Xatirələrdə yaşayanlar” adlı tədbir keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilir ki, tədbir çərçivəsində “Olimpiya keşikçiləri və veteranlarımız” sənədli filmi nümayiş olunub. Filmdə ölkəmizdə Olimpiya hərəkatının inkişafına mühüm töhfələr vermiş idman xadimlərinin fəaliyyəti, eləcə də veteranların Azərbaycan idmanının formalaşması və inkişafındakı rolu əks olunub.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, “Azərbaycan İdman Veteranları” İctimai Birliyinin sədri Zemfira Meftaxetdinova, professor Dilqəm Quliyev çıxış ediblər.
