Renat Dadaşov yeddi ildir münasibətdə olduğu xanıma evlilik təklif edib - FOTO

23 İyun 2026 13:15
93
Renat Dadaşov yeddi ildir münasibətdə olduğu xanıma evlilik təklif edib - FOTO

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi həyatı ilə gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, hücumçu sevgilisi, yeddi ildir münasibətdə olduğu Deniz Dolunaya evlilik təklifi edib.

Dadaşov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Görüntülərdən futbolçunun romantik şəraitdə evlilik təklifi etdiyi məlum olub.

Deniz Dolunayın təklifə “hə” cavabı verdiyi bildirilir.

Qeyd edək ki, Renat Dadaşov karyerası ərzində Almaniya, Portuqaliya, İngiltərə, İsveçrə və Polşa klublarında çıxış edib.

İdman.Biz