U-17 və U-19 millilərimizin rəqibləri məlum olub

11 İyun 2026 18:25
85
U-17 və U-19 millilərimizin rəqibləri məlum olub

17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2026/2027-ci illər mövsümü üzrə Avropa çempionatının birinci mərhələsinin püşkü atılıb.

İdman.Biz AFFA-ya istinadən bildirir ki, püşkatma mərasimində Azərbaycan millilərinin rəqibləri müəyyənləşib.

B Liqasının 1-ci qrupunda yer alan U-17 İrlandiya, Kosovo və Albaniya yığmaları ilə mübarizə aparacaq.

B Liqasının 3-cü qrupunda qərarlaşan U-19 isə Serbiya, Şimali Makedoniya və Monteneqro seçmələri ilə qarşılaşacaq.

Oyunlar bu ilin payızında baş tutacaq. Oyunların keçiriləcəyi ölkə və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.

İdman.Biz