U-19 millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

15 İyun 2026 17:33
84
U-19 millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının 2026/2027 mövsümü üzrə ikinci seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

B Liqasının birinci qrupunda yer alan U-19 Serbiya, Monteneqro və Farer Adaları yığmaları ilə mübarizə aparacaq.

Qrup mərhələsinin oyunları 11-17 noyabrda Serbiyada keçiriləcək.

İdman.Biz