FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
İdman.Biz xəbər verir ki, Azərbaycan milli komandası iki pillə geriləyib.
Ayxan Abbasovun komandası hazırda 1132.00 xalla 126-cı yeri tutur. Millətlər Liqasında yığmamızın rəqiblərindən olan Litva 149-cu (1056.85), Lixtentşteyn isə 206-cı pillədədir (797.70).
Reytinqə son dünya çempionu Argentina millisi (1877.27) başçılıq edir. İspaniya seçməsi ikinci, Fransa isə üçüncü yerdədir.
Qeyd edək ki, Azərbaycan millisi bir neçə gün əvvəl Avropadakı təlim-məşq toplanışı çərçivəsində iki yoldaşlıq oyunu keçirib. Komandamız əvvəlcə Maltaya 0:2 hesabı ilə məğlub olub, daha sonra isə San-Marinonu 2:1 hesabı ilə məğlub edib.
