Prezident Gənclər və İdman Nazirliyinin əməkdaşlarını təltif edib

23 İyun 2026 18:39
90
Prezident Gənclər və İdman Nazirliyinin əməkdaşlarını təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

İdman.Biz bildirir ki, Gənclər və İdman Nazirliyinin əməkdaşları təltif olunan dövlət qulluqçuları arasındadır.

Belə ki, Sərəncama əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilənlər arasında Gənclər və İdman Nazirliyinin əməkdaşları Tağıyev Şahmar Camal oğlu, Fərəcov Aqşin Rafiq oğlu, Hacıyeva Rifaət Fikri qızı və Hüseynov Turan Biləndər oğlu da var.

İdman.Biz