Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Türkiyənin İstanbul şəhərində keçirilən dördüncü Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşündə iştirak edib.
İdman.Biz xəbər verir ki, nazir tədbirə Koordinasiya Komissiyasının üzvü qismində qatılıb.
Görüş zamanı 2027-ci ildə İstanbulda təşkil olunacaq dördüncü Avropa Oyunlarına hazırlıq işləri müzakirə edilib.
Qeyd edək ki, dördüncü Avropa Oyunları 2027-ci il iyunun 16-dan 27-dək keçiriləcək.
