Gənclər və İdman Nazirliyinin rəsmi internet saytında “Safeguarding” platforması istifadəyə verilib.
İdman.Biz xəbər verir ki, platformanın əsas məqsədi idman mühitində təhlükəsizliyin təmin edilməsi, idmançıların, xüsusilə uşaqların və həssas qrupların hüquqlarının qorunması, zorakılıq, ayrı-seçkilik və digər arzuolunmaz halların qarşısının alınmasıdır.
Yeni platforma vasitəsilə idmançılar, valideynlər, məşqçilər, hakimlər, könüllülər, federasiya və klub əməkdaşları, eləcə də digər şəxslər idman mühitində müşahidə etdikləri narahatedici hallarla bağlı müraciət edə bilərlər.
Müraciətlərin istənilən vaxt məxfi şəkildə göndərilməsi mümkündür.
Platformadan istifadə etmək üçün bu linkə daxil olmaq kifayətdir.
