ABŞ 2028-ci ildə Amerika Kubokuna ev sahibliyi edəcək

21 Noyabr 2026 11:20
46
ABŞ 2028-ci ildə Amerika Kubokuna ev sahibliyi edəcək

ABŞ 2028-ci ildə keçiriləcək futbol üzrə Amerika Kubokunun təşkilatçısı olacaq.

İdman.Biz xəbər verir ki, bu barədə “The Athletic”, “O Globo” nəşrləri məlumat yayıb.

“The Athletic”in müzakirələrdən xəbərdar olan mənbələrə istinadən yaydığı məlumata görə, turnirin ABŞ-də keçirilməsi ilə bağlı planlar rəsmiləşdirilir və yaxın vaxtlarda rəsmi açıqlama gözlənilir.

Braziliyanın “O Globo” nəşrinin jurnalisti Lauro Jardim isə CONMEBOL prezidenti Alexandro Dominqesin quruma üzv olan 10 federasiyanın rəhbərinə növbəti turnirin ABŞ-də təşkil olunacağını bildirdiyini yazıb.

Qeyd edək ki, ABŞ 2016 və 2024-cü illərdə də Amerika Kubokuna ev sahibliyi edib. Qərar rəsmən təsdiqlənərsə, ölkə turniri tarixində üçüncü dəfə təşkil edəcək.

Hələlik yarışın dəqiq tarixləri, stadionları və iştirakçı komandaların sayı açıqlanmayıb.

İdman.Biz
Məqalədə: