Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində iyunun 24-də Hacıqabul, Şirvan, Masallı, Cəlilabad, Biləsuvar, Salyan şəhərlərində idman zonaları istifadəyə verilib.
İdman.Biz bildirir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, müvafiq rayonların icra hakimiyyətlərinin rəhbər şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər və gənc idmançılar iştirak ediblər.
Hər bir sağlam məhəllədə minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat və trenajor avadanlıqları quraşdırılıb. Nazir Fərid Qayıbov idman qurğularında məşq edən uşaqlarla söhbət edib.
Qeyd edək ki, indiyədək Bakıda və müxtəlif rayonlarda 17 “Sağlam məhəllə” layihəsi icra edilib.
