DÇ-2026: Fransa İraqı darmadağın edərək pley-offa yüksəlir - YENİLƏNİB + VİDEO

23 İyun 2026 04:51
767
DÇ-2026: Fransa İraqı darmadağın edərək pley-offa yüksəlir

Fransa - İraq oyunu başa çatıb.

İdman.Biz bildirir ki, matç Avropa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib. Fransa millisi bu qələbə ilə 6 xal toplayaraq 1/16 finala vəsiqəni təmin edir. İraqın xalı yoxdur.

04:32

Fransa - İraq matçında hesab yenə dəyişib

İdman.Biz bildidrir ki, matçın 66-cı dəqiqəsində Usman Dembele fransızların üstünlüyünü üç topa çatdırıb.

04:13

Fransa - İraq matçının 54-cü dəqiqəsində Kilian Mbappe fransızların üstünlüyünü iki topa çatdırıb.

04:03

Fransa - İraq matçının ikinci hissəsi əlverişsiz hava şəraitinə görə təxminən 2 saatdan sonra başlayıb.

İdman.Biz bildirir ki, ilk yarıdan sonra hesab 1:0 fransızların xeyrinədir.

02:11

ABŞ-dakı hava şəraiti səbəbindən Fransa - İraq matçının ikinci hissəsinin başlanğıcı ən azı 15 dəqiqə təxirə salınıb.

İdman.Biz bildirir ki, oyun Filadelfiya şəhərindəki “Lincoln Financial Field” stadionunda keçirilir.

01:50

Fransa - İraq matçında ilk hissə bitib.

İdman.Biz bildiriri ki, ilk yarıdan sonra Fransa 160 irəlidədir.

01:15

Fransa - İraq matçında hesab açılıb.

İdman.Biz bildirir ki, 14-cü dəqiqədə Kilian Mbappe fransızları irəli çıxarıb. Bu, Mbappenin dünya çempionatlarında vurduğu 15-ci qoldur.

01:00

Futbol üzrə dünya çempionatında I qrupunda oyunlara start verilir.

İdman.Biz bildirir ki, ilk olaraq Fransa və İraq milliləri üz-üzə gəlirlər.

Oyun Filadelfiya şəhərindəki “Lincoln Financial Field” stadionunda keçirilir. Matçın baş hakimi kanadalı Dryu Fişerdir.

İlk turdan sonra Fransanın 3 xalı var. Birinci turda fransızlar Seneqalı 3:1 hesabı ilə məğlub ediblər. İraq isə ilk oyunda Norveçə məğlub olub – 1:4.

İdman.Biz