III MDB Oyunlarının 12-ci günündə dörd idman növü üzrə yarışlar baş tutacaq.
İdman.biz xəbər verir ki, Şəki şəhər stadionunda çövkən üzrə qızıl medal uğrunda matçda Azərbaycan və Özbəkistan milliləri qarşılaşacaq.
Şəki Olimpiya İdman kompleksində isə bədii gimnastika yarışları davam edəcək.
Gəncə İdman Sarayında qılıncoynatma yarışlarının qalibləri müəyyənləşəcək.
Gəncə Olimpiya İdman Kompleksində isə Yunan-Roma güləşi üzrə yarışların mükafatçıları bəlli olacaq.