“Zirə”nin şəhid futbolçusu ordenlə təltif olunub

25 İyun 2026 23:17
101
“Zirə”nin şəhid futbolçusu ordenlə təltif olunub

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi” haqqında sərəncam imzalayıb.

İdman.Biz bildirir ki, “Zirə” PFK-nın üzvü Şəhid İlqar Burcəliyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İlqar Bürcəliyev bundan əvvəl “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə də təltif edilmişdi.

Qeyd edək ki, “Zirə”nin U-17 komandasının üzvü olan İlqar Bürcəliyev sentyabrın 27-də - Vətən müharibəsinin başladığı ilk gün, 19 yaşında şəhid olub.

İdman.Biz