La Liqanın keçmiş hakimi eks-sevgilisinə hücum etdiyinə görə həbs edilib

26 İyun 2026 06:11
91
La Liqanın keçmiş hakimi eks-sevgilisinə hücum etdiyinə görə həbs edilib

İspaniya polisi keçmiş futbol hakimi Xose Qonsales Diası saxlayıb.

İdman.Biz Archivo VAR-a istinadən xəbər verir ki, o, keçmiş sevgilisinə hücum etməkdə şübhəli bilinir.

Mənbənin məlumatına görə, zərərçəkmiş polisə ərizə verib və bundan sonra keçmiş hakim axtarışa verilib. Hadisə baş verən zaman Qonsales Diaz artıq fahişəliklə məşğul olan qadına qarşı cinsi təcavüz iddiası ilə istintaq altında idi. Yeni şikayət aldıqdan sonra polis onu taparaq həbs edib.

Qonsales Diaz bir neçə il əvvəl hakimlikdən təqaüdə çıxıb. O, əvvəllər İspaniya Primera Divizionunda oyunları idarə edib.

İdman.Biz