“Formula-1”də mühərrik qaydaları dəyişir

11 İyun 2026 14:25
108
“Formula-1”də mühərrik qaydaları dəyişir

“Formula-1” üzrə dünya çempionatında 2027-ci ildən etibarən mühərrik qaydalarında dəyişiklik ediləcək.

İdman.Biz “Reuters”ə istinadən xəbər verir ki, FIA güc qurğuları ilə bağlı yeni tənzimləmələr paketini açıqlayıb.

Dəyişikliyə əsasən, 2027-ci ildən bolidlərdə daxiliyanma mühərriki ilə elektrik sistemləri arasındakı güc bölgüsü dəyişəcək. Hazırkı balans 2027-ci ildə 58:42 nisbətinə gətiriləcək. 2028-ci ildən isə bu göstərici 60:40 olacaq.

Yeni qaydalara görə, daxiliyanma mühərrikinə yanacaq axını 2027-ci ildə beş faiz, 2028-ci ildə isə 13 faiz artırılacaq. Bu addım batareya sistemlərinə düşən yükü azaltmaq və yarışlarda enerji idarəetməsinin təsirini zəiflətmək məqsədi daşıyır.

FIA prezidenti Məhəmməd bin Sulayem dəyişikliklərlə bağlı açıqlamasında komandaların, “Formula-1” rəhbərliyinin və mühərrik istehsalçılarının konstruktiv mövqe sərgilədiyini bildirib.

O, yeni tənzimləmələrin həm texnoloji inkişafı, həm də daha maraqlı yarışları dəstəkləməyə xidmət etdiyini vurğulayıb.

Qayda dəyişiklikləri iyunun 23-də Dünya Motor İdmanı Şurasının təsdiqinə təqdim olunacaq.

İdman.Biz
Məqalədə: