Lando Norris Macarıstan Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

25 İyul 2026 22:24
101
Lando Norris Macarıstan Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

“Mclaren”in pilotu Lando Norris Macarıstan Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.

İdman.Biz xəbər verir ki, yarışlar “Hunqarorinq” avtodromunda keçirilir.

İkinci yeri “Ferrari” komandasının pilotu Lyuis Hemilton, üçüncü yeri isə onun komanda yoldaşı Şarl Lekler tutub.

Qeyd edək ki, Lyuis Hemilton Oskar Piastriyə (McLaren) maneə törətdiyinə görə startda üç mövqelik cəzalandırıb.

Əsas yarış iyulun 26-da keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

İdman.Biz